Advertisement

BEM istehsalı Azərbaycanda biznesin prioritet sahələrindən biridir – Samirə Musayeva

Bakı. Trend:

Azərbaycanda güzəştli vergi rejiminin və investisiyalarının
təşviq mexanizminin tətbiq olunduğu sahələr “yaşıl” təşəbbüslərlə
əlaqəlidir.

Trend xəbər
verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə
Musayeva “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29
Dayanıqlı biznes forumu”nda deyib.

“Hazırda Azərbaycanda prioritet biznesi araşdırsaq, bunun iqlim
məqsədlərinin əldə olunmasını hədəfləyən bərpa olunan enerjinin
istehsalı, texnologiyaların tətbiqi, tullantıların təkrar
istifadəsi, dəniz suyunun şirinləşdirilməsi, enerji sektorunda
dövlət-özəl tərəfdaşlığı olduğunu görərik”, – deyə o qeyd edib.

Özəl kiçik sahibkarlıq subyektlərinə gəlincə isə, mövcud
qanunvericiliyə əsasən bir sıra vergi güzəştlərini nəzərdə tutan
strateji investisiya layihələri üçün sertifikatlar mövcuddur”, –
deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun