Bakı. Trend:
Böyük Britaniya hökuməti Şimali Koreyaya və Rusiyaya qarşı
sanksiyalar siyahısını genişləndirib.
Trend-in xəbərinə görə, Britaniya hökuməti elan edib ki, Rusiya
və KXDR-in qeyri-qanuni tərəfdaşlığı səbəbindən Şimali Koreyanın
bir, Rusiyanın isə iki şirkətinə sanksiyalar tətbiq olunub, onların
aktivləri dondurulub. Şimali Koreyanın “Paekyanqsan” şirkətinin
Rusiya ilə KXDR arasında neft məhsullarının ötürülməsi ilə KXDR-in
hərbi proqramlarının asanlaşdırılmasında iştirak etdiyi
bildirilib.
Qeyd edək ki, Britaniya hökuməti daha əvvəl Rusiyanın Şimali
Koreyadan alınan ballistik raketlərdən Ukraynaya qarşı istifadə
etmək qərarını pisləyib.
ABŞ isə bu həftənin əvvəlində Ukraynada istifadə üçün ballistik
raketlər də daxil olmaqla, Rusiya ilə Şimali Koreya arasında silah
ötürülməsini asanlaşdıran üç rus şirkətinə və iki Rusiya
vətəndaşına qarşı sanksiyalar tətbiq edib.





























