Advertisement

Yaşlı qadını döyüb pullarını aldı

Bakı. Trend:

Oğuz rayonunun Qumlaq kəndində quldurluq hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını
döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib.

Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov
saxlanılıb. O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu
orada xərcləyib.

Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri
seçilib, araşdırmalar davam etdirilir.