Bakı. Trend:
Müqəddəs Taxt-Tac Məryəmin heykəlləri, onun zühuru və qan
damcıları olan xaçlar kimi paranormal hadisələrə ehtiyatla
yanaşmağı tövsiyə edən yeni təlimat yayıb.
Trend xəbər verir ki, Vatikanın Doktrina Bürosunun yaydığı
sənəddə bu kimi hallardan fırıldaqçılıq, maddi mənfəət əldə etmə və
şəxsi kult yaratmaq üçün istifadə edildiyi bildirilib. İnsanların
çox diqqətli olmasının vacibliyi vurğulanıb.
Gələcəkdə saxta faktlara sitayişin qadağan edilməsi və
məhdudlaşdırılması üçün addımları nəzərdə tutan qərarların qəbul
olunacağı bildirilib.
Xatırladaq ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk
daha əvvəl də bu cür hadisələrə şübhə ilə yanaşdığını, Məryəmin
zühurunun real olmadığını bildirmişdi.





























