Bakı. Trend:
Rusiyanın Novorossiysk şəhərində yarımstansiya yanır.
Trend xəbər
verir ki, bu barədə şəhərin meri Andrey Kravçenko özünün “Telegram”
kanalında məlumat paylaşıb.
“Kirill yarımstansiyasında yanğın olub. Müvafiq xidmət
orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Yanğının
söndürülməsinə başlanılıb”, – deyə o bildirib.
Kravçenko daha sonra ətrafl məlumat verəcəyini qeyd edib.





























