Advertisement

Bisavad insan siyasətə sürüklənəndə belə olur

Bakı. Trend:

Siyasətçi, xüsusilə də dövlət başçısı postuna
iddialı olan şəxs elementar etika, siyasi mədəniyyət və davranış
kodeksinin nə olduğunu bilməlidir.

“Siyasət çirkin işdir” ifadəsi sırf atavizm və məntiqsizlik olsa
da, çirkin xitslətli insanların siyasətlə məşğul olmaq cəhdlərinə
heç bi halda haqq qazandırmır.

Qazandıra da bilməz, çünki cəmiyyətdəki etik davranış modeli
peşəsindən və mövqeyindən asılı olmayaraq, güzəştlər və hansısa
imtiyazlar olmadan hər kəsə şamil edilir.

Özünü “Belarusun sürgüündə olan qanuni prezidenti” adlandıran və
“Belarusun birləşmiş müxalifətinin lideri” kimi qələmə verən 42
yaşlı Svetlana Tixanovskayanı əvvəllər marionet fiqur, Qərbin
Belarusa təzyiq vasitələrindən biri sayanlar indi həmin qadını
siyasi etika və mədəniyyətdən uzaq insan hesab edirlər.

Belarus müxalifətçiləri isə artıq aşkar şəkildə bildirirlər ki,
S. Tixonovskaya inanmaqda bəlkə də həyatlarının ən ciddi səhvinə
yol veriblər.

Məsələn, Nobel mükafatı laueratı, dünyaca məşhur belarus yazıçı
Svetlana Aleksieviçin fikrincə, S.Tixonovskaya nə Belarusun
“sürgündə olan qanuni prezidenti”, nə də “birləşmiş müxalifətin
lideri” deyil, ola da bilməz: “Bəli, etiraf etmək gərəkdir ki, bir
zamanlar Belarus müxalifəti onu dəyişikliklərin simvolu hesab
edirdi. Amma indi artıq yetər: ölkə müxalifətinə gerçək, ağıllı,
təcrübəli lider gərəkdir. Uzun illərdir Belarus müxalifətinin belə
liderə ehtiyacı var”.

Belarus prezidenti Aleksandr Lukaşenkonun dünən Azərbaycana başa
çatmış səfəri Svetlana Tixanovskayanı və onun sahiblərini çılğına
döndərib.

Siyasətdə tam diletant olan S.Tixanovskayanın isterikası o şəddə
çatıb ki, o, sosial şəbəkədə tamamilə məntiqsiz, absurd paylaşım
edib.

“Taleyin ironiyasına bax ki, Belarus diktatoru KTMT-də formal
müttəfiqi olan Ermənistanın mövqelərini növbəti dəfə zəiflədir,
Azərbaycana yardım məqsədilə Qarabağa yollanır. Bu, Rusiyanın
“hərbi ittifaq”larının zəifliyini və Lukaşenkonun ikiüzlü davranışı
nümayiş etdirir”, – S.Tixonovskaya yazıb.

Onun paylaşımını olduğu kimi təqdim etməkdə məqsədimiz on
minlərlə belarusun hələ də “müxalifət lideri” hesab etdikləri
qadının nə qədər cılız düşüncəyə, siyasi bisavadlığa məruz qalmış
şəxs olduğunu göstərməkdir.

A.Lukaşenkonun səfərini “Ermənistanın mövqelərini zəiflətmək”
kimi qələmə vermək ümumiyyətlə, hansı məntiqə sığır? Belarusun
diplomatiyasının və dövlətlərarası əlaqələr strategiyasının
Ermənistanın durumuna nə təsiri var?

Suallar cavabsızdır, lakin S.Tixonovskayanın paradoksal şüuruna
görə, cavab var.

Sən demə, A.Lukaşenko “diktator”dur: halbuki özünü demokrat və
Qərb siyasətçisi kanonlarına tam cavab verən fiqur hesab edən
Svetlana Tixanovskayanın özü diktaturaya meylli adi
marionetdir.

S.Tixanovskayanın kimliyinə ekspozitiv nəzər salaq.

42 yaşlı S.Tixanovskaya ixtisasca filoloqdur, 2020-ci ildə
“siyasətə atılana” qədər heç zaman siyasətlə məçşğul olmayıb,
xeyriyyə qurumlarında və qeyri-hökumət təşkilatlarında çalışıb.

Hər şey 2020-ci ildə başlayıb. Svetlana Tixanovskayanın əri,
bloqer və media fiquru Sergey Tixanovskiy həmin il Belarusda
keçiriləcək prezident seçkilərinə qatılmaq fikrinə düşüb. Ancaq
Belarusun Mərkəzi Seçki Komissiyası bloqerin təqdim etdiyiy
sənədlərdəki çatışmazlıqları aşkarlayaraq onun namizədliyini qeydə
almayanda Svetlana ərini əvəzləməyə qərar verdi.

Daha doğrusu, Belarusda bilərəkdən yayılan mif belədir.
Reallıqsa odur ki, ABŞ və Avropa İttifaqı dağınıq, rəhbərləri
cəmiyyətdə nüfuzunu itirmiş, normal fəaliyyəti bacarmayan Belarus
müxalifətinin yarıtmazlığından dolayı, sosial şəbəkələrdə ərinin
sayəsində tanınan Svetlana Tixanovskayanı “xarizmatik və yeni sima”
kimi cəmiyyətə təqdim etməyə hesablanmış ssenarini reallaşdırmağa
başladı.

2020-ci ilin mayın 15-də Svetlana Tixanovskayanın namizədliyinin
qeydə alınması üçün çox qısa müddətdə yaradılmış “təşəbbüs qrupu”
sənədləri Belarus MSK-na verdi.

İyulun 14-də onun namizədliyi qeydə alındı.

Avqustun 10-da Belarus MSK-sı prezident seçkilərinin
nəticələrini açıqladı. Aleksandr Lukaşenko səslərin 80,1 faizini,
Svetlana Tixanovskaya isə 10,1 faizi toplamışdı.

Bundan sonra bilavasitə Qərbin rəhbərliyi, təşkilatçılığı və
maliyyəsi ilə Belarusda genişmiqyaslı etiraz aksiyaları başlandı,
onlar az sonra kutləvi iğtişaşlara çevrildi.

Rəsmi Minsk kollektiv Qərbin planlarını pozaraq ssenarisini
alt-üst etdi və aksiyalar dayandırıldı.

Svetlana Tixanovskaya avqustun 11-də Belarusu tərk edərək
Litvaya yollandı.

O, indi də Litvada yaşayır.

Özünü “qanuni prezident” adlandıran bu marinet siyasi fiqur ona
inanan belaruslaı aşağılamaqdan da çəkinmir.

Belə ki, müsahibələrindən birində S.Tixanovskaya deyib:
“Belaruslar demokratiya uğrunda mübarizəyə hazır deyillər. Onların
dəqiq fəaliyyət planı yoxdur. Belə şəraitdə mübarizə və siyasi
fəaliyyət aparmaq mümkün deyil”.

Yəni ABŞ və Avropa İttifaqının vasitə qisminldə istifadə etdiyi
S.Tixanovskaya üzləşdiyi fiaskoda özünü, daha doğrusu, intellektual
yoxsulluğunu, siyasət barədə yalnız primitiv bilgilərə malik
olmasını, bacarıqsızlığını və ümumiyyətlə, hansısa xarizmadan
məhrumluğunu yox, Belarus vətəndaşlarını suçlayır.

Onun fikrincə, “adi belaruslar hələ demokratiyaya hazır
deyil”.

Bu ifadələr birmənalı olaraq xalqı və milləti aşağılamaqdır.

Kollektiv Qərbin eynən Azərbaycanda olduğu kimi, Belarusda da
uğursuz və bivec stavkası olan S.Tixanovskayanı Belarus
prezidentinin Azərbaycana səfərində çılğına döndərən, təbdən
çıxaran məqam Qarabağ bölgəsinini bərpasında və
rekonstruksiyasında, infrastruktur layihələrin həyata
keçirilməsində Minskin Bakıya dəstək verməyə hazır olmasını bəyan
etməsidir.

Yəni Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-də müttəfiqi
olan Ermənistanın 30 illik işğal zamanı məhv etdiyi, yer üzündən
sildiyi şəhərləri və kəndləri bərpa etməkdə Azərbaycana köməklik
vəd edib.

Ermənistana zirehli texnika adı ilə yararsız konserv bankaları
verən və erməni ordusunu silahlandıran Fransadan fərqli olaraq
Belarus erməni işğalından azad edilmiş Azərbaycan ərazilərindəki
nəhəng miqyaslı inşaat və aqrar sahələrindəki işlərə töhvəsini
verməyə hazırdır.

Göründüyü kimi, Azərbaycan və bizə dost, tərəfdaş, müttəfiq
ölkələr Qarabağ münaqişəsinin ağır fəsadlarını aradan qaldırmağa
çalışır.

Svetlana Tiaxnovskaya və onun Qərbdəki sahibləri isə hələ də
2019-cu ildə qalaraq olmayan Qarabağ münaqişəsi ritorikasını davam
etdirməyə çalışırlar.

Savadsız, bilik və bacarsıqsız, beynəlxalq siyasətdən heç nə
anlamayan, tam diletant və isterikaya meylli insanı siyasətə
sürükləyəndə nəticə belə olur.

Kollektiv Qərb Azərbaycanda özünü demokratiya və insan haqları
uğrunda mübariz kimi göstərdiyi siyasət biveclərini dəstəklədiyi
kimi, Belarusdakı daxili siyasi vəziyyəti də Svetlana Tixanovskaya
kimi psevdoliberal idiotlarla dəyişməyə çalışır.

Ermənistana gəldikdə isə – Svetlana Tixanovskaya kimi luzerlərin
yazdıqları marazmı paylaşaraq həzz alırlarsa, deməli, bu ölkənin və
erməni cəmiyyətinin normal dövlətlə sosiuma çevrilməsi çox vaxt
alacaq.

Əfsuslar olsun ki, belədir.

Və təəccüblü heç nə yoxdur. Svetlana Tixanovskayanın əri Sergey
hələ 2020-ci ildən əvvəl Ukraynada “arzuolunmaz şəxs” elan
edilmişdi, çünki o, Ukraynanın sərhəd toxunulmazlığını, ərazi
bütövlüyünü və suverenliyi sürəkli ələ salmaqla, aşağılamaqla
məşğuldu.

Bu ailə görəsən, beynəlxalq hüququn nə olduğundan xəbərdardır,
yoxsa bilərəkdən absurd bəyanatlar verməklə sifariş yerinə
yetirirlər?

İstənilən halda Svetlana Tixanovskayanın açıqlaması sadəcə, onun
mövqeyidir.

Bisavad, qərəzli, bacarıqsız və perspektivsiz bir siyasi
marionetin.