
Bakı. Trend:
Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda
basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və
sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamın Əhmədağalı kəndində
baş vermiş mina partlayışına münasibət bildirərkən söyləyib.
“Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs
olmuşdur. Belə ki, 2024-cü il 3 mart tarixində Ağdam rayonunun
Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində
bir mülki şəxs ağır yaralanmışdır.
İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız
minaya düşərək həlak olmuş və ya xəsarət almışdır.
Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda
basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi
üçün ciddi təzyiq göstərməlidir”, – deyə Səbinə Əliyeva
bildirib.





























