Bakı. Trend:
Avrozonaya daxil olan 19 ölkədə ötən ay inflyasiya səviyyəsi 2,4
faiz, bütövlükdə Avropa İttifaqında isə 2,6 faiz yüksəlib.
Trend xəbər verir ki, Avropa İttifaqının statistika agentliyi
Eurostatın məlumatına görə, avrozonada qiymətlərin ən az artımı
Litvada qeydə alınıb – 0,4 faiz.
Sonrakı yerdə 0,6 faiz artımla Finlandiya qərarlaşıb. Avrozonaya
daxil olmayan, lakin Avropa İttifaqına üzv olan Danimarkada
qiymətlər 0,5 faiz artıb.
Avropada aprel ayında ən az qiymət artımı müşahidə edilən
ölkələrdən biri də İtaliyadır – 0,9 faiz.
İtaliya hökuməti 2022-ci ildə və 2023-cü ilin əvvəlində rekord
yüksək inflyasiya ilə nəticələnən sıçrayışdan sonra qiymətləri
aşağı salmaq üçün maksimim səy göstərib. Ötən ilin son üç ayını
hökumət “anti-inflyasiya rübü” elan istehlak qiymətlərini süni
olaraq azaldıb.





























