Bakı. Trend:
Türkiyənin Mersin şəhirində aparılan “Akkuyu” AES-in tikintisi
2025-ci ilin aprelində istifadəyə verilməsi gözlənilən birinci
enerji blokunda istismara verilmə mərhələsinə qədəm qoyub.
Trend-in
məlumatına görə, “Akkuyu Nuklear” ASC-nin tikinti və istehsal
təşkilatının direktoru Denis Sezemin bildirib.
Onun sözlərinə görə, hazırda birinci enerji blokunun
sistemlərinin işə salınması və istismara verilməsi işləri
aparılır:
“Hökumətlərarası sazişə əsasən, bizim [kommersiya elektrik
enerjisi istehsalına başlamazdan əvvəl] 7 il vaxtımız var. İlk
enerji blokunun tikintisi üçün lisenziyanı 2018-ci ilin aprelində
almışıq, ona görə də birinci enerji blokunun istismara verilməsi
2025-ci ilin aprelində baş tutacağı ehtimal edilir. Birinci blokda
əsas tikinti-quraşdırma işlərinin böyük hissəsi başa çatdırılıb,
bütün avadanlıq və sistemlərin işə salınması davam etdirilir”, –
deyə D.Sezemin qeyd edob.
Onun sözlərinə görə, “işlər tam olaraq əvvəllər təsdiq edilmiş
qrafikə uyğun aparılır”.





























