Advertisement

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed
Əl Nəhyan beynəlxalq humanitar fəaliyyətinə görə Aralıq Dənizi
Parlament Assambleyasının (ADPA) mükafatına layiq görülüb. ADPA-nın
mükafatı hər il bölgə xalqları və ölkələri arasında qarşılıqlı
anlaşmanın yaxşılaşdırılmasına töhfə verən təşkilatlara və
insanlara təqdim edilir.

Trend-in
məlumatına görə, bu il ADPA-nın birinci mükafatı siyasi
nizamlanmaya və ya fəlakətli hadisələrin qurbanlarının
sarsıntılarını yüngülləşdirən həyativacib humanitar yardım üçün
müstəsna səylərə həsr olunub.

“Şeyx Məhəmməd bin Zayedə beynəlxalq humanitar fəaliyyətinə görə
birinci ADPA mükafatının təqdim olunduğunu elan etmək bizim üçün
böyük şərəfdir. Əlahəzrət, on illərdir ki, sülhü, insan həyatını və
firavanlığı qorumaq üçün çeşidli fəaliyyətlərdə şəxsən iştirak
edərək, bütün dünyada fəal humanitar fəaliyyət göstərir. Onun
qlobal sabitliyin möhkəmlənməsinə verdiyi töhfə, digər ölkələrin
liderləri üçün bu nüfuzlu mükafatın gələcək laureatlarının
qarşısında yüksək hədəflər müəyyənləşdirən bir nümunədir”, – deyə
ADPA sədri Enaam Mayyara bildirib.