Bakı. Trend:
Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı Qırmızı
dənizdən keçən “M/T Wind” neft tankerinə gəmi əleyhinə ballistik
raket atıblar.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) öz
“X” səhifəsində bildirib.
Məlumata əsasən, Yunanıstana məxsus olan və idarə etdiyi neft
tankeri əvvəllər Rusiyada dayanıb, daha sonra Çinə yollanıb.
“Raket zərbəsi nəticəsində gəmi su altında qalıb, nəticədə sükan
idarəetməsi itirilib və hərəkət sistemi zədələnib”, – dəyə
bildirilib.
“CENTCOM” gəmi heyətinin göndərdiyi həyəcan siqnalına dərhal
reaksiya verib, lakin ABŞ ordusunun köməyi tələb olunmayıb:
“”M/T Wind” heyəti hərəkət sistemini və sükan idarəetməsini
bərpa edə bilib, xəsarət alanlar barədə məlumat verilməyib. “M/T
Wind” hərəkətini bərpa etdi”.





























