
Bakı. Trend:
“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin”
hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi
hadisədir.
Trend xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası”
hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham
Əliyev söyləyib.
Dövlətimizin başçısı bu nəhəng obyektin inşasında iştirak etmiş
bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlara təşəkkürünü
bildirib.





























