Advertisement

Xətai rayonunda sexdə yanğın baş verib

Bakı. Trend:

Bakının Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən
birində baş verən yanğın səbəbindən avtomobillərin hərəkətinə
məhdudiyyət qoyulub.

Bu barədə Trend-ə NİİM-dən bildirilib.

Qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti
istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq
olunub.