Advertisement

Ölkənin işlərində heç bir boşluq yaranmayacaq – İranın Ali Lideri

Bakı. Trend:

İranın işlərində heç bir boşluq yaranmayacaq.

Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid
Əli Xamenei bu gün silahlı qüvvələrin rəsmiləri ilə görüşdə
deyib.

Onun sözlərinə görə, İran xalqı nigaran və narahat olmasın. Hamı
bu xidmətçilər üçün dua etsin.

“Ümid edirik ki, hörmətli prezident və onu müşayiət edənlər
xalqın qucağına dönəcək”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Hələlik hava şəraiti, relyef
çətinliyinə görə, axtarış əməliyyat qrupları hadisə yerinə çata
bilməyiblər.