
Bakı. Trend:
Xəbər verildiyi kimi, ötən il dekabrın 12-də Abşeron rayonu
ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın qəsdən
öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət
işinin istintaqı tamamlanıb.
Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
istintaqla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı
kəndi ərazisində tanışı Arzu Rəhimova ilə aralarında yaranmış
mübahisə zamanı sonuncunun başını daş parçasına vurduqdan sonra
əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Eynulla Quliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq
orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

























