Bakı. Trend:
Səudiyyə Ərəbistanının Kralı, 88 yaşlı Salman bin Əbdüləziz Əl
Səudə pnevmoniya diaqnozu qoyulub.
Trend-in
məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Kral ofisinin
bəyanatında deyilir.
Bildirilir ki, monarx Ciddədəki Əl-Salam sarayındakı
ixtisaslaşmış klinikada antibiotik terapiyası kursu keçəcək.





























