Advertisement

Bakıda avtoxuliqanlıq edən şəxs saxlanılıb

Bakı. Trend:

Qaradağ DYP-nin əməkdaşları tərəfindən avtomobilində
konstruksiya dəyişikliyi etdiyi üçün “VAZ 2107” markalı, 10-LK-422
dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla”
işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam
etdirib.

Trend-in
məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi
məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində yol-hərəkəti
qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının
da sağlamlığı üçün təhlükə yaradan sürücü Rüstəmli Elşən Rövşən
oğlu saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib
edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin
qərarı ilə E.Rüstəmli sürücülük hüququ 1 il müddətinə
məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.