Bakı. Trend:
İran prezidenti İbrahim Rəisini aparan helikopterdə qəzada həlak
olanların cəsədləri Təbrizə göndərilib.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı
Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.
Kulivənd həmçinin axtarış əməliyyatlarının başa çatdığını
bildirib.
Qeyd edək ki, mayln 19-da İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra
helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.





























