Advertisement

Peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb, birinin işi isə prokurorluqdadır

Bakı. Trend:

Peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb,
birinin isə işi prokurorluqdadır.

Trend “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki,
bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat
verilib.

Agentlikdən bildirilib ki, bu il ərzində keçirilən
monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə
yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb.

Belə ki, 1 nəfərə şiddətli töhmət, 4 nəfərə töhmət verilib. 2
nəfərə şifahi, 3 nəfərə yazılı xəbərdarlıq edilib. 1 nəfərin
məsələsi isə hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə hüquq
mühafizə orqanlarına göndərilib.