Advertisement

Azərbaycan və Tacikistan sənaye layihələrinin icrası üçün potensiala malikdir – Mikayıl Cabbarov

Bakı. Trend:

Azərbaycan və Tacikistan birgə yüngül, kimya və dağ-mədən sənaye
layihələrinin icrası üçün potensiala malikdir.

Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda
keçirilən “Azərbaycan-Tacikistan” biznes forumunda deyib.

“Azərbaycanın sənaye zonaları qarşılıqlı maraqlara əsaslanan
əlaqələr üçün daha bir möhtəşəm imkandır”, – o deyib.

Nazir qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası da beynəlxalq
inivestorlarla işgüzar təmasa hazırdır və rezidentlərə müxtəlif
preferensiyalar və gəlirlərin sərbəst repatriasiyası imkanını
verir.

“Ticari əlaqələrin hazırkı əlaqələrinə gəlincə, qeyd etmək
istərdim ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkələrimiz
arasında ticarət dövriyyəsi 78 faiz artıb. Əlbəttə, ölkələrimizin
iqtisadi imkanlarını nəzərə alsaq, əmtəə dövriyyəsinin gələcək
artımı üçün geniş imkanlar mövcuddur”, – deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən,
Azərbaycan və Tacikistan arasında əmtəə dövriyyəsi 2023-cü ildə
6,127 milyon ABŞ dolları olub ki, bu da 2022-ci illə (5,949 milyon
dollar) müqayisədə 2,98 faiz çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun