Bakı. Trend:
Slovakiyanın baş naziri Robert Fitsonun vəziyyəti
yaxşılaşır.
Trend xəbər
verir ki, bu barədə baş nazirin müalicə aldığı tibb mərkəzinin
əməkdaşları məlumat yayıb.
Xatırladaq ki, mayın 15-də Slovakiya Nazirlər Kabinetinin
iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona
bir neçə dəfə atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya
yerləşdirilib və əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi
açıqlanıb.
Robert Fitsoya sui-qəsd etməkdə şübhəli bilinən 71 yaşlı yazıçı
Yuray Çintula saxlanılıb. Çintulanın radikal qruplaşmanın üzvü
olmadığı və təkbaşına hərəkət etdiyi müəyyən edilib.





























