Advertisement

Orta məktəblərdə dərs saatlarına yeni mövzuların əlavə edilməsi təklif olunur

Bakı. Trend:

Orta məktəblərdə reproduktiv sağlamlıq, cinsi tərbiyə, ailə
hüququ mövzularının dərs saatlarına əlavə edilməsi təklif
edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il
üzrə Məlumatında qeyd edilib.

Bununla yanaşı, uşaq evliliklərinin qarşısının alınması
məqsədilə tədbirlər planının qəbul edilməsi təklif edilir.

Valideynlər arasında erkən yaşda evliliklərin fəsadları ilə
bağlı maarifləndirici tədbirlərin keçirilməsi qeyri‑hökümət
təşkilatları tərəfindən evdə doğuşun fəsadları, həyati təhlükələr
ilə bağlı bölgələrdə maarifləndirmə işinin təşkili, Mediada erkən
nikah, eləcə də, ev doğuşlarının fəsadları ilə bağlı məsələlərin
işıqlandırılması (verilişlər, posterlər, ictimai müzakirələr)
tövsiyə olunur.