
Bakı. Trend:
Bakıda 18-19 may tarixlərində VTB Qrupunun dəstəyi ilə Moskva
teatrı “Pyotr Fomenkonun Emalatxanası”nın qastrolları keçirildi.
Rusiyalı aktyorlar ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının səhnəsində “Qurdlar və Qoyunlar” tamaşasını
nümayiş etdilər.
VTB (Azərbaycan) dəfələrlə ölkəmizdə sosial tədbirləri
dəstəkləyib və gələcəkdə də Moskva ilə Bakı arasında beynəlxalq
mədəni əlaqələrin gücləndirilməsinə töhfə vermək niyyətindədir.
Azərbaycanlı tamaşaçılar teatrın ən məşhur tamaşalarından biri olan
“Qurdlar və qoyunlar” tamaşasını görmək üçün unikal bir fürsət əldə
etdilər. Aleksandr Ostrovskinin eyni adlı pyesi əsasında
hazırlanmış bu tamaşa, 1992-ci ildə Pyotr Naumoviç Fomenko
tərəfindən səhnəyə qoyulmuş və artıq otuz ildən çoxdur ki, teatrın
vizit kartı sayılır.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları
filial şəbəkəsindən, https://vtb.az rəsmi internet səhifəsindən,
986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə
səhifələrindən əldə etmək mümkündür.



























