Bakı. Trend:
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən 184
kilometrlik hissəsində aparılmış təmir-bərpa, rekonstruksiya və
genişləndirmə işləri artıq yekunlaşıb.
Trend-in məlumatına görə, bu gündən etibarən BTQ dəmir yolu
xətti üzrə yükdaşımalara start verilib.
Abşeron Logistika Mərkəzindən 20 konteynerdən ibarət ilk yük
qatarı Gürcüstan istiqamətinə yola salınıb.
Qeyd edək ki, BTQ-nin genişləndirilməsi işlərinə ötən ildən
başlanılıb.
İlkin mərhələdə yükdaşımaların həcmi ildə 6,5 milyon ton olacaq,
həmçinin 1 milyona qədər sərnişinin daşınması nəzərdə tutulur.



























