Advertisement

İran prezidentinin helikopteri texniki nasazlıq nəticəsində qəzaya uğrayıb

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində İran
prezidenti və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan
helikopter texniki nasazlıq nəticəsində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu haqda İranın rəsmi dövlət agentliyi
IRNA məlumat yayıb.

Agentlik texniki nasazlığın detallarını açıqlamayıb.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.