
Bakı. Trend:
Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və
qlobal proseslər müzakirə olundu.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan
arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən
məmnunluğunu ifadə etdi və Türkiyənin prosesi yaxından izlədiyini
bildirdi.
Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı
sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün
yeni bir mühit yaradacağını vurğuladı.
Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi
aparıldı.




























