Advertisement

Azərbaycan cüdoçusu dünya çempionatının qalibi olub

Bakı. Trend:

BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı
davam edir.

Trend-in məlumatına görə,
İdman.biz-in Abu-Dabiyə ezam olunmuş xüsusi müxbiri
xəbər verir ki, yarışın ikinci günündə daha üç çəkidə mükafatçılar
bəlli olacaq.

Kişi cüdoçular 66 kq və 73 kq çəkidə mübarizə aparacaq. Qadınlar
isə 57 kq çəkidə ən güclüləri müəyyənləşdirəcək. Azərbaycan
yığmasının 4 cüdoçusu tatamiyə çıxacaq.

Kişilər
66 kq

İkinci mərhələdən yarışa start verən Yaşar Nəcəfov startda Baul
Anla (Cənubi Koreya) güləşib və məğlub olub.

Kamran Süleymanov ilk görüşündə Mohamed Abdelmavqouda (Misir)
uduzub.

73 kq
Millimizin lideri Hidayət Heydərov ikinci mərhələdən mübarizəyə
başlayıb. Akil Qyakovaya (Kosovo) qalib gələn dördqat Avropa
çempionumuz 1/8 finalda Salvador Roça (İspaniya) ilə münasibətinə
aydınlıq gətirib. O, növbəti qələbəsini qazanaraq 1/4 finala
yüksəlib. Ardınca Daniel Karqninə (Braziliya) qalib gələn cüdoçumuz
yarımfinala adlayıb. Finalın bir addımlığında İqor Vandtkeni
(Almaniya) məğlub edən Hidayət həlledici görüşə vəsiqə qazanıb.
Titul uğrunda qarşılaşmada onun rəqibi Tatsuki İşihara (Yaponiya)
olacaq.

Qadınlar
57 kq

Acelya Toprak ilk mərhələ Bayit Kussakbayevaya (Qazaxıstan) qalib
gəlib, ardınca Telma Monteyrodan (Portuqaliya) güclü olub. O, 1/8
finalda Mimi Huha (Cənubi Koreya) uduzub.

Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan 3 cüdoçumuz
mundiala medalsız vida edib.