Advertisement

Türkiyədə Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib

Bakı. Trend:

Türkiyədə İran prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar
bir günlük matəm elan edilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan bildirib.

“İran prezidentinin ölümü ilə əlaqədar İran xalqı ilə dərin
hüznünü bölüşmək üçün ölkəmizdə bir günlük matəm elan etmək
qərarına gəldik”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.