Advertisement

İtaliyada 4,4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

İtaliyada 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və
Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri Neapolun qərbində yerləşən Kampi Fleqrey şəhəri olan
zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib.

İnsan tələfatı barədə məlumat yoxdur.