Bakı. Trend:
Paolu Fonseka “Lill”in yeni müqavilə təklifinə müsbət cavab
verməyib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, klub rəhbərliyindən vaxt istəyib.
Portuqaliyalı mütəxəssisin “Milan”ın maraq dairəsində olduğu
bildirilir. Fonsekanın İtaliya klubunda Stefano Piolini əvəz etməyə
əsas namizəd olduğu qeyd edilir.
Qeyd edək ki, Paulo 2022-ci ildən “Lill”ə başçılıq edir. Komanda
onun rəhbərliyi ilə başa çatan mövsümdə Fransa çempionatını 4-cü
pillədə başa vurub.





























