
Bakı. Trend:
Neftçalada narkokuryer saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə
verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə Qəbələ rayon sakini Dəyanət
Mirzəyev saxlanılıb.
Ondan 1 kiloqramdan artıq tiryək və heroin aşkarlanıb.
Araşdırmalarla zamanı D.Mirzəyevin maddi gəlir qarşılığında
narkokuryerlik etdiyi müəyyən edilib.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi
başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri
seçilib.
Araşdırmalar davam etdirilir.

























