Advertisement

Ölkəmiz torpaq və su resurslarından məhduddur – Şöbə müdiri

Bakı. Trend:

Bitki mühafizəsi ətraf mühit və insan sağlamlığının
təminatıdır.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti Aparatının
Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya
naminə” Bitki Sağlamlığı forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi, su qıtlığı və bu kimi neqativ
hallar səbəbindən dünyada ərzaq məhsullarının qiymətində artım
müşahidə edilir.

“Ölkəmiz torpaq və su resurslarından məhduddur. Mövcud
çətinliklərin aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir.
Ölkələrarası təcrübə mübadiləsi kadr hazırlığında əməkdaşlıq mühim
rol oynayır.

COP29 iqlimyönümlü kənd təsərrüfatının öyrənilməsinə töhfə
verəcək”,- deyə o bildirib.