
Bakı. Trend:
Bu gün Milli Məclisin növbəti iclası keçiririlir.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 11 məsələ
daxildir.
Bunlar aşağıdakılardır:
1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun
2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı
mübarizəyə dair məlumatı.
2. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan
Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində
əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər
edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası qanununun layihəsi.
3. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi
arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının
qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası
Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur”
(Azərbaycan Respublikası) – “Yaraq–Qazmalar” (Rusiya Federasiyası)
buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil
körpüsünün və giriş yollarının istismarı və onlara xidmət
göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
5. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
10. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının
2023-cü il 5 dekabr tarixli 1035-VIQD nömrəli Qanununun icrası ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).





























