
Bakı. Trend:
Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16°, gündüz 20-25° olacaq. Atmosfer
təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət
gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında gecə və səhər dağlıq ərazilərdə,
gündüz isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi
yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 2°
şaxtadan 3°-dək, gündüz 6-11° olacaq.





























