
Bakı. Trend:
Macarıstan parlamentinin birinci vitse-spikeri Marta Matray
Azərbaycana səfər etməyi planlaşdırır.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Macarıstandakı
səfiri Tahir Tağızadə “X” platformasında məlumat paylaşıb.
“Macarıstan Milli Assambleyasının birinci vitse-spikeri Marta
Matrayın Azərbaycana səfərinə hazırlıq çərçivəsində onunla görüşmək
və ikitərəfli əlaqələrin hazırkı səviyyəsini hərtərəfli müzakirə
etmək mənim üçün şərəfdir”, – deyə səfir qeyd edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























