Advertisement

Tərtərdə bir nəfər minaya düşərək həlak olub

Bakı. Trend:

Tərtər rayonunda mina hadisəsi baş verib.

trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin
(ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, 2024-cü il 21 may tarixində Tərtər rayonu
Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti
yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən
minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını
itirib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma
aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd
olmadıqları ərazilərə daxil olmamağa çağırıb