Advertisement

“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi

Bakı. Trend:

“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik
edilib.

Trend xəbər verir ki, Baş
nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Texniki və texnoloji ixtisaslar qrupu” hissəsinə
040575 Uçan aparatların texniki istismarı ixtisası əlavə
edilib.

Eləcə də Qərara əsasən, Xüsusi təyinatlı ixtisaslar qrupu
yaradılıb və XTO 040801 Müdafiə fəaliyyəti (sahələr üzrə) ixtisası
buraya əlavə edilib.