Bakı. Trend:
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino istefaya
göndərilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə
mətbuatı məlumat yayıb.
Argentinalı mütəxəssisin klubun idman direktorları Pol Uinstenli
və Lourens Styuartla, eləcə də səmdarlardan biri Bexdad Eqbali ilə
görüşündən sonra belə qərar çıxarılıb. Məlumatda Poçettino ilə
ayrılığın müsbət məcrada davam etdiyi açıqlanıb. Tərəflər
qarşılıqlı surətdə müqaviləyə xitam veriblər.
Qeyd edək ki, “Çelsi” 52 yaşlı məşqçinin rəhbərliyi ilə
2023/2024 mövsümünü 6-cı pillədə başa vurub. O, London klubuna ötən
il iyulun 1-dən rəhbərlik edirdi.





























