Advertisement

Danimarkalı müdafiəçi “Milan”ı tərk edəcək

Bakı. Trend:

Simon Kyaer mövsümün sonunda “Milan”ı tərk edəcək.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, bu barədə danimarkalı futbolçu özü məlumat
verib.

35 yaşlı müdafiəçi həftəsonu İtaliya klubunda son oyununu
keçirəcəyini bildirib: “4 ildə burada çox şeyə nail oldum. İndi
ayrılmaq vaxtıdır. “San-Siro”da son oyunumu keçirəcəm. Sonra məni
Danirmarka yığmasında növbəti sərgüzəşt gözləyir”.

Qeyd edək ki, Simon 2020-ci ildən “Milan”da çıxış edir. O, 4
ildə A Seriyasında 90 oyun keçirib və 2021/22 mövsümündə Skudettonu
qazanıb.