Bakı. Trend:
Quba rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qonaqkənd
qəsəbəsində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan
ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























