Advertisement

COP29 Azərbaycan tarixində ən mühüm hadisələrdən biri olacaq – Belçika səfiri

Bakı. Trend:

COP29 Azərbaycan tarixində ən mühüm hadisələrdən biri
olacaq.

Trend xəbər
verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfiri Mişel
Pitersman ADA Universitetində keçirilən “İqlim dəyişmələri ilə
mübarizənin imkanları və çağırışları. Avropa və regional
perspektivlər” mövzusunda beynəlxalq seminarda deyib.

“COP29 Azərbaycanın müstəqillik dövrü ərzində baş verən ən mühüm
beynəlxalq hadisələrdən biridir”, – deyə o bildirib.

Səfir qeyd edib ki, iqlim dəyişmələri ilə mübarizə üçün həm
qlobal, həm də yerli səviyyələrdə qərarlar qəbul etmək lazımdır.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin nəticələrinin
yumşaldılması bütün əsas iştirakçıların qətiyyətli və
əlaqələndirilmiş səylərini tələb edir.

O əlavə edib ki, COP29-un əsas mövzusu maliyyələşdirmə
olacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun