Bakı. Trend:
Diplomları tanınmayan və ən çox imtina alan xarici ali məktəblər
açıqlanıb.
Bu barədə Trend-ə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat
yayıb.
Bildirilib ki, xaricdə əldə olunan kvalifikasiyaların tanınması
və ekvivalentliyinin müəyyən edilməsi üçün TKTA-ya edilən
müraciətlərin ekspertizası nəticəsində tanınma üzrə ümumi tələblərə
cavab verməyən və ən çox imtina alan universitetlərin siyahısı
müəyyən olunub. Siyahı, ali təhsil müəssisəsi üzrə minimum 30
müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq
imtinaları əhatə etməkdədir (qeyd olunan ali təhsil müəssisələri
ilə keçiddən tanış ola bilərsiniz).
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri
aşağıdakılardır:
Akkreditasiyasız ali təhsil müəssisəsi; Təhsil aldığı ölkənin
ərazisində təhsilin normativ müddətindən az olması; Dövlət nümunəli
olmayan diplom; Təhsil forması; Tədris yükünün normativdən az
olması;





























