Advertisement

Məktəblərdə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu elan edilir

Bakı. Trend:

Bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili
üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün
müsabiqə elan edilir.

Trend xəbər verir ki,
müsabiqəyə qeydiyyat mayın 23-ü saat 15:00-dan 3 iyun saat 17:00-a
qədər sy.edu.az elektron sistemi vasitəsilə
aparılacaq.

Qeyd edək ki, imtahanlar şagirdlərin 2024-2025-ci tədris ilində
təhsil alacağı sinfə uyğun keçiriləcək. İmtahanların keçiriləcəyi
tarixlər barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin
siyahısı və həmin müəssisələrdə qəbul aparılacaq siniflər haqqında
məlumatlarla bu link vasitəsilə tanış olmaq olar.