Tərtər. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn
yeri və kimliyi müəyyən edilən şəhid Ədalət Veysəl Oğlu Əliyevin
qalıqları torpağa tapşırılıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, şəhid Ədalət Əliyevlə
Tərtər rayonunda vida mərasimi keçirilib.
Şəhidin qalıqları Tərtər rayonununda yerləşən Tərtər şəhər
qəbiristanlığında dəfn olunub.
Şəhidin yaxınları bildirib ki, Ədalət Əliyev 1994-cü ildə
birinci Qarabağ müharibəsində Kəlbəcər, Murov dağı istiqamətində
itkin düşüb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü
ehtimal edilən Ədalət Əliyevin Gəncədəki Şəhidlər xiyabanında
naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən
edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı,
ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları,
hökumət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri,
hərbiçilər, media nümayəndələri iştirak ediblər.





























