Bakı. Trend:
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda
hərəkətin məhdudlaşdırılacağı ilə bağlı müraciət edib.
Trend xəbər verir ki,
müraciətdə deyilir:
“Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə istinadən bildirir ki, yerüstü piyada keçidinin
inşası ilə əlaqədar, sabah saat 00:00-dan 07:00-dək
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci kilometrliyində
avtonəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən
məhdudlaşdırılacaq.
Qeyd olunanları nəzərə alaraq, sürücülərdən yolun sözügedən
hissəsində daha diqqətli olmaları, yol nişanlarının tələblərinə,
sürət rejiminə ciddi riayət etmələri, özlərinin, digər hərəkət
iştirakçılarının və təmir briqadalarında çalışanların həyat və
sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinmələri xahiş
olunur”.





























