Advertisement

Yağıntı ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Bakı. Trend:

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən
bildirilib.

Bu gün dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında
yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral
avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək
məhdudlaşacağı ehtimalı var.