Bakı. Trend:
Azərbaycada təşkil olunacaq minifutbol üzrə dünya çempionatının
vaxtı müəyyənləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, mundial 2025-ci il mayın 21-dən iyunun
1-nə kimi davam edəcək.
Dünya çempionatının oyunları Milli Gimnastika Arenasında
keçiriləcək. Turnirin təqvimi yaxın gələcəkdə bəlli olacaq.
Qeyd edək ki, Bakı minifutbol üzrə dünya çempionatına ilk dəfə
ev sahibliyi edəcək.





























