Advertisement

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Bakı. Trend:

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan
Respublikasının Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi
qarşılanma mərasimi olub.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının
dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli
Rəhmonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport
verdi.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul
dəstəsinin qarşısından keçdilər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət
himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan
nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan
Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun
qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.