Advertisement

İtkin düşmüş şəxs kimi axtarışda olan 6 nəfər tapılıb

Bakı. Trend:

Daxil olmuş müraciətlər əsasında mayın 22-də polis
əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində fevralın 11-də
Ucar rayonunun Qazıqumlaq kəndində itkin düşmüş 1995-ci il
təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin aprelin 27-də Şəki rayonunda itkin düşmüş 1999-cu il
təvəllüdlü qadın, mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş
1999-cu il təvəllüdlü qadın, mayın 16-da Binəqədi rayonu ərazisində
itkin düşmüş 1965-ci il təvəllüdlü kişi, mayın 17-də Bülbülə
qəsəbəsində itkin düşmüş 1959-cu il təvəllüdlü kişi və mayın 21-də
Buzovna qəsəbəsində itkin düşmüş 2002-ci il təvəllüdlü kişi
tapılaraq aidiyyəti üzrə təhvil verilib.