
Bakı. Trend:
Mayın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 13-17°, gündüz 21-26° olacaq. Atmosfer
təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq
bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi,
yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə
arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 18-23°, dağlarda gecə
3-8°, gündüz 10-15° olacaq.





























